İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı 12-ci sanksiyaları paketinə qoşulub. 
Bu barədə ölkənin Federal Şurasının saytında məlumat yayılıb. 
Məlumata görə, dekabrın 21-də İsveçrə İqtisadiyyat Nazirliyi öz səlahiyyətləri daxilində 61 fiziki və 86 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. 
Qeyd edək ki, bundan əvvəl Rusiyaya qarşı 11 paket sanksiya tətbiq olunub.