Gün ərzində İsrailin hücumları nəticəsində Qəzzada 195 nəfər ölüb, 325 nəfər yaralanıb.
"Associated Press" xəbər verir ki, bu barədə HAMAS-ın nəzarətində olan Qəzzanın Səhiyyə Nazirliyi bildirib.
Sakinlər Qəzzanın mərkəzindəki Bureyc qaçqın düşərgəsinə, cənubdakı Xan Yunis qəsəbəsinə və Misir-Qəzza sərhədində yerləşən Rəfah qəsəbəsinə güclü atəş açıldığını bildiriblər.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu müharibənin uzun müddət davam edəcəyini və hücumların miqyasının genişlənəcəyini bildirmişdi.
Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-də münaqişə başlayandan bəri İsrailin zərbələri nəticəsində Qəzzada 21 110 nəfər ölüb, 55 000-dən çox insan yaralanıb.
Qəzzanın Səhiyyə Nazirliyi: Gün ərzində hücumlar nəticəsində 195 nəfər ölüb
27
dekabr
16:00
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı