“France-24” kanalı Azərbaycanın erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.
Bakısəsi xəbər verir ki, kanalın Füzuliyə ezam olunmuş müxbiri ətrafda boş, kədərli, müharibə dağıntıları ilə dolu mənzərənin göründüyünü deyir. O bildirir ki, ətrafda minalar, tərk edilmiş kazarma, yol boyunca erməni tankları var. Hər tərəfdə döyüş izləri, döyüş texnikası görünür. Onlardan bəziləri təzə, bəziləri isə əvvəlki döyüşlərdən qalanlardır.
Bildirilir ki, erməni silahlı qüvvələri Füzuli rayonunu işğal etməmişdən əvvəl burada 200 minə yaxın azərbaycanlı yaşayıb.
Reportajda Füzuli azad olunandan sonra doğma yurdlarına gedən rayon sakinlərinin fikirlərinə də yer verilib.
Füzuli sakini Hafiz Tahirov rayona gəldiyini və dağıntılarla rastlaşdığını, ermənilərin hər tərəfi minaladığını bildirir.
Rayonun digər sakini Ramilə Məmmədova deyir: “Bura mənim atamın evi olub. İndi heç nə yoxdur. Erməni vandallarının bizə qarşı bu vəhşiliyini heç vaxt unuda bilmərik. Gənc nəslə nə isə deməyə ehtiyac yoxdur. Onlar hər şeyi özləri görür. Bunları unutmaq olmaz”.
Reportajda qeyd edilir ki, 1988-1994-cü illər müharibəsi nəticəsində Füzuli rayonunun mərkəzi ruhlar şəhərinə çevrilib. Ona görə də indi Füzulinin bərpası üçün vaxt lazımdır.
Reportajda o da vurğulanır ki, Azərbaycanın müharibədə qələbəsi bu torpaqları azad etməyə imkan verdi, ancaq insanlar buralara gələrkən doğma yurdlarının dağıntıları ilə üzləşirlər.
Məşhur fransız telekanalı Füzulidən reportaj hazırladı - Video
27
noyabr
14:34
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı