Almaniya bayrağı altında üzən və göyərtəsində min ton azot gübrəsi daşıyan qayıq Serbiya və Xorvatiya sərhədindəki körpüyə çırpılaraq Dunay çayında batıb.
Bu barədə Serbiya telekanalları məlumat yayıb.
Məlumata görə, “Antonia” yedək gəmisi göyərtəsində azot gübrəsi olan iki qayığı Avstriyanın Lints şəhərindən Serbiyanın Smederevo şəhərinə qədər Dunay çayı boyunca dartıb gətirib. Amma onlardan biri Serbiyanın Xorvatiya ilə sərhəddə yerləşən Baçka Palanka şəhəri yaxınlığında körpünün dayağına çırpılıb.
“Nəticədə “Lola 5” qayığında deşik yaranıb və o batıb, insan itkisi yoxdur. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. “Antonia” yedək gəmisi Baçka Palanka limanındadır”, - Serbiyanın tikinti, nəqliyyat və infrastruktur nazirinin müavini Predraq Petroviç milli televiziyaya açıqlamasında bildirib.
Hadisə yerində polis, prokurorluq, ekologiya müfəttişliyi işləyir, su nümunələri götürülüb. Körpüyə dəymiş ziyan və ətraf mühit üçün təhlükə müəyyən edilir.
Serbiyada azot gübrəsi daşıyan qayıq batıb
05
yanvar
16:32
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı