Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası başa çatmaq üzrədir.
Bu barədə “TRT World”də dərc olunan məqalədə bildirilib.
Qeyd edilib ki, Çindən Türkiyəyə qədər uzanacaq dəhlizə daxil olan avtomobil və dəmir yollarının inşasının 2024-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir:
“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir və avtomobil yollarının inşası sürətlə davam etsə də, Ermənistan layihənin həyata keçirilməsi üçün heç bir addım atmır. Bununla bağlı Ermənistanla razılaşma olmadığından Azərbaycan alternativ yollar üzərində işləyir”.
Nəşrdə vurğulanıb ki, bəzi hissələri 4, digərləri 6 zolaqlı yola 58 yeraltı keçid, 27 körpü və 3 tunel daxildir: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi inşa prosesini Türkiyə şirkətləri həyata keçirir”.
Məqalədə məlumat verilib ki, Türkiyə ilə Azərbaycan həmçinin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi üzərində də çalışır: “Layihənin icrasına cari il ərzində başlanılacaq. Ümumiyyətlə, bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaranacaq. Eyni zamanda, Azərbaycandan keçməklə Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi olacaq”.
“TRT World”: “Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası 2025-ci ilə qədər tamamlana bilər”
10
yanvar
13:08
Qarabağ
KOMMENTLƏR
Zəngəzur dəhlizinin layihəsi hazırlanır - RƏSMİ
İlham Əliyev Zəngəzur dəhlizinin açılacağı tarixi AÇIQLADI
Zəngəzur dəhlizinin tikintisi sürətlə davam etdirilir - FOTOLAR
Zəngəzur dəhlizinin Azərbaycan hissəsindən yeni görüntülər - VİDEO
"Zəngəzur dəhlizi üzərində Azərbaycanla birgə işləyirik" - Türkiyəli nazir
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı