Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi regional əməkdaşlığın qarşısında illərdir dayanan maneələri aradan qaldıracaq.
Bu barədə Anadolu agentliyinin Zəngəzur dəhlizi ilə bağlı reportajda deyilir.
Naxçıvanın Kotam kəndində olan agentliyinin əməkdaşları Ermənistandan keçəcəyi təqdirdə Zəngəzur dəhlizində istifadə olunacaq köhnə dəmiryolunun və avtomobil magistralının görüntülərini çəkib.
Reportajda Azərbaycanın qərb əyalətləri ilə quru əlaqəsinin olmaması Naxçıvanın inkişafına maneə kimi göstərilir. Qeyd olunur ki, Vətən Müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat xətlərinin açılması maddəsi də yer alıb. Zəngəzur dəhlizinin dəmiryolu və avtomobil magistralının Azərbaycan ərazisindən keçən hissəsinin inşası böyük ölçüdə başa çatsa da, Ermənistan hələ də bu istiqamətdə heç bir addım atmayıb.
Keçmişdə fəal şəkildə istifadə edilən dəmiryolu xətti 1991-ci ildən bəri işləmir və onun Ermənistan ərazisindən keçən hissəsi üzərində yerləşən tunellər təmir edilməlidir. Eyni zamanda, dəmiryoluna paralel olan Ermənistan ərazisindəki avtomobil yolunun da təmirə və genişləndirilməsinə ehtiyac var.
Azərbaycan və Ermənistan dekabrın 7-də ilk dəfə birgə bəyanat yayaraq, iki dövlət arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addımların atılmasına dair razılıq əldə edib. Region ölkələri üçün geosiyasi və geoiqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması ilə Cənubi Qafqazda yeni inteqrasiya təşəbbüsləri başlayacaq.
Anadolu agentliyi: Zəngəzur dəhlizi regional əməkdaşlığa qapıdır
10
yanvar
16:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı