Ukrayna prezidenti Volodimir Zelenski yanvarın ayının 11-də Estoniyaya səfər edərək orada baş nazir Kaya Kallas ilə görüşüb.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb. Estoniya rəsmisi Ukrayna bayrağı ornamentli kostyum geyinib. Zelenski isə üzərində 48,3794° və 31,1656° rəqəmləri həkk olunmuş sviter geyinib.
Nəşr bunu Zelenskinin Rusiya lideri Vladimir Putinə gizli mesajı adlandırıb. Belə ki, həmin rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. Qeyd olunan ərazi 1991-ci ildən etibarən Ukrayna Rusiya sərhədinin başlanğıcıdır. 
Beləliklə, bununla Zelenski hər hansı ərazi güzəştlərindən imtina etdiyini və ölkəsinin sərhədlərində baş verən istənilən dəyişikliyi tanımaq niyyətində olmadığını rus həmkarına ötürmüş olub.
Zelenskinin geyimindəki gizli mesaj - Putinə nə demək istəyib? (FOTO)
скачать dle 12.1