Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar.
UNEC-dən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb.
Ölkə Prezidenti çıxışında mütəxəssislərə həmin qiymətin hesablanması barədə də müraciət etdi.
UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar.
Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.
Ermənistanın məhv edilmiş hərbi texnikasının dəyəri açıqlandı
02
dekabr
12:53
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı