Söyüdlü-Zod qızıl yatağının əhəmiyyətli hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistanda ciddi iqtisadi təsir yarada bilər.
Bu sözləri erməni ekspertlər açıqlayıblar. Onlar bildiriblər ki, hazırda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı yataqda işlər dayandırlııb. Əgər yaxın müddətdə fəaliyyət bərpa edilməzsə, Ermənistanda təxminən 6 min nəfər işsiz qala bilər.
Ekspertlər qeyd edib ki, Söyüdlü-Zod yatağı Ermənistanın dövlət büdcəsinə ən iri vergi ödəyiciləri sırasında 4-cü yerdə gəlir. Bundan öncə ekspertlər Söyüdlü yatağının Azərbaycan sərhədləri daxilində qalan hissəsinə görə Ermənistan büdcəsinin ildə 40 milyon dollar itirəcəyi haqda açıqlama vermişdi.
Ermənistan Müdafiə Nazirliyi isə sovet dövrünün xəritəsinə uyğun olaraq, Söyüdlü-Zod yatağının 74 faizinin Azərbaycanın sərhədləri daxilinə düşdüyünü təsdiqləyib. Bu qızıl yatağının ən məhsuldar hissəsi də Azərbaycan ərazisinə düşür. Buna görə də Ermənistan Kəlbəcər işğalda qaldığı müddətdə daha çox Azərbaycanın sərvətini talayıb.
Hazırda dəyərləndirmələr gedir və Azərbaycan sərvətinin talanmasına görə təzminat, eyni zamanda burdan çıxarılan qızıla görə Ermənistan büdcəsinə ödənən vəsaiti geri istəmək haqqına sahibdir. Erməni ekspertlərin sözlərinə görə, Ermənistan MN və Ermənistan XİN-in rəsmi açıqlama verərək, bu qızıl yatağının böyük hissəsinin Azərbaycan ərazisinə düşməsini təsdiqləməsi Bakının tələb etdiyi təzminatı ödəmək məsuliyyəti də yaradır.
Söyüdlü nəzarətimizə keçdi: 6 min iş yeri bağlanır
03
dekabr
09:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı