İrəvanda Nikol Paşinyana qarşı cinayət işi başlanmasını tələb edən aksiya keçirilib.
“Sputnik Ermənistan” xəbər verir ki, Baş prokurorluğun qarşısına toplaşan etirazçılar baş nazirin kapitulyasiya aktını imzalayaraq dövlətə xəyanət etdiyini, buna görə məsuliyyətə cəlb edilməli olduğunu bildirib.
“Müharibə ilə əlaqəli bir çox sual var - niyə bütün səfərbərlik resurslarından istifadə olunmadı, generalların niyə döyüş əməliyyatlarına girməsinə icazə verilmədi, niyə bütün növ silahlar döyüşlərə cəlb olunmadı, niyə ərazilər verildi? Prokurorluq bütün suallara cavab verməlidir və cinayət işi açmalıdır, ancaq bu qurum Paşinyana xidmət etməyə davam edir”,- deyə Ermənistanın “Milli Gündəm” partiyasının lideri Ara Akopyan jurnalistlərə bildirib.
Akopyan dövlətçiliyin və ölkənin ciddi bir təhlükə ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, ölkənin və vətəndaşların taleyi ilə bağlı qərarlar digər ölkələr tərəfindən verilir.
Akopyan hesab edir ki, parlamentdə baş nazirin impiçmenti prosesini başlatmaq, eyni zamanda başqa bir baş nazir və böhran hökuməti təyin etmək lazımdır.
“O, təslim sənədini imzalayan, xalqı və ölkəni təmsil edə bilməyən məğlub baş nazirdir. Paşinyan təhlükəsizlik zəmanəti gözləyir, amma kimdən bəlli deyil. Bəlkə də xarici tərəfdaşlarından. Biz icazə verdiyimiz vaxta qədər o, hakimiyyətdə qalacaq, bu səbəbdən biz ictimai təzyiqlərə müraciət etməliyik”,- deyə Akopyan qeyd edib.
İrəvanda etirazçılar Paşinyana qarşı cinayət işinin açılmasını tələb edir
03
dekabr
15:59
Qarabağ
KOMMENTLƏR
Etirazçılar İrəvanda mərkəzi küçələri bağladılar - Video
"Ermənistan "İsgəndər"dən istifadə edib" deyən generala cinayət işi açıldı
Erməni generaldan Paşinyana cavab: - “Onun psixi problemləri var”
“İrəvan məhkəməsi Paşinyana qarşı cinayət işi qaldıracaq...”
Paşinyana sui-qəsddə ittiham olunan şəxs sərbəst buraxıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı