Vətən Müharibəsi sırasında Azərbaycan Ordusunun hərbçiləri Amin Musayev və Bayram Kərimovun əsir düşdükləri video böyük əks-səda doğurmuşdu. Şuşa yaxınlığında yaralı düşmənə əsir düşən hərbçilərimiz hələ də Ermənistanda saxlanılırlar.
Həmin kadrlar Qarabağ döyüşləri sırasında qərəzli reportajları ilə tanınmış "Anna News” agentliyinin müxbiri Aleksandr Xarçenko tərəfindən çəkilmişdi. Jurnalist azərbaycanlı hərbçilərin əsir düşdüyü epizodlar barədə bunları yazıb:
"Noyabrın 10-u biz oğlunun meyitini axtaran yaşlı erməni haqqında sujet hazırlayırdıq. Onu mənasız suallarla bezdirdiyimiz zaman döngədən əllərində xərəklər olan Ermənistan ordusunun kiçik dəstəsi çıxdı. Mən Andrey Kamijıkinlə onlara sarı yüyürdük. Baş verənləri çəkirdim və hələ anlamırdım ki, ölmüş erməni yerinə xərəkdə yaralı azərbaycanlı var. Ermənilər onu taparaq, yarasını sarıb hospitala göndərdilər. Bu epizodda biz yalnız kənar müşahidəçi idik”.
Xarçenko yaralı Amin Musayevin həyatını xilas etdiyi epizodu da xatırlayıb:
"Təcili yardım maşını yerindən tərpənən kimi onlar yenidən neytral əraziyə getdi. Biz də onlara qoşulduq. Azərbaycanlı əsgərlərin cəsədlərinin yanından keçən zaman təpədə hərəkətlilik müşahidə etdik. Əraziyə qaçan ermənilər daha bir yaralı azərbaycanlı əsgər tapdı. Onun yanında avtomatı və ölmüş döyüş yoldaşının cəsədi var idi. Yanımızdakı hərbçi yaralı azərbaycanlıya atəş açmaq istəyirdi, amma biz onun əlindən tutduq və xahiş etdik ki, atəş açmasın. Bizi müşayiət edənlərin tibbi ləvazimatları olmadığı üçün ilkin yardımı mən göstərəmli oldum. Əsgərin yarasını sarıyıb, onu Xankəndidəki hərbi hospitala göndərdik. Yalnız axşam öz missiyamızı yerinə yetrdik. Yaşlı erməninin oğlunun cəsədini tapa bildik və atasına qaytardıq. 10 noyabr günü mənim üçün belə sona çatdı”.
Rusiyalı jurnalist Amin Musayevin həyatını necə xilas etdi? (TƏFƏRRÜAT)
04
dekabr
14:54

Qarabağ
KOMMENTLƏR
Amin Musayevlə Bayram Kərimov azad olunur? - “Qızıl Xaç”dan reaksiya
Erməni əsirliyində olan Aminin yeni FOTOSU YAYILDI
Ermənilərdə əsirlikdə olan hərbiçimiz Amin Musayev Azərbaycana qaytarılıb - Video
Görüntüləri yayılan əsir əsgərlərimizdən nə xəbər var?
Yaralı halda düşmənin cavabını verən Amin Musayevlə bağlı - AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat