Ermənistan parlamentinin bu gün keçirilən iclasında gərgin müzakirələr gedir.
Yenisabah.az erməni mediasına istinadən xəbər verir ki, siyasi partiyalar haqqında qanunun müzakirələri zamanı müxalif “İşıqlı Ermənistan” partiyasının parlament fraksiyasının rəhbəri Edmon Marukyan hakimiyyəti sərt tənqid edib.
O bildirib ki, siyasi partiyalar haqqında qanun siyasi sistemin stabilləşməsinə heç br töhfə verməyəcək.
“Biz bütöv yaranmış situasiyanın yalnız bir fraqmentə aid olan 1-2 bəndə dəyişiklik edirik. Siz sadəcə avamsınız. Axı burada siyasi paritayalar haqqında hansı qanundan söhbət gedir? Baxın bu gün Ermənistanda media, televiziyalar necə faəliyyət göstərir. Televiziyalar ictimai multipleks şəklində yayımlanır, bir çox adamları bloklayır, onları efirə buraxmırlar. Bu halda siyasi partiyalar haqqında qanun nəyi dəyişəcək? Siz siyasi sistemi necə sağlamlaşdıracaqsınız? Pulla... Pul xərcləyib birini qəhrəman digərini satqın elan edəcəyik”, - deyə deputat əlavə edib.
Marukyan deyib ki, mövcud siyasi sistemlə növbədənkənar seçkilər keçirmək mümkün deyil. “Bizdə xəstə siyasi sistem mövcuddur və biz bu xəstə sistemlə növbədənkənar seçkilərə gedirik. Bizə elə gəlir ki, partiyalar haqqında qanunu dəyişməklə seçkilər ədalətli olacaq”, - deyə o vurğulayıb.
Ermənistan parlamentində gərginlik: “Siz sadəcə avamsınız”
09
dekabr
14:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı