Ermənistanın elm xadimləri, təhsil, mədəniyyət və incəsənət nümayəndələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə birgə bəyanat yayıblar.
Bakısəsi erməni mediasına istinadla xəbər verir ki, bəyanata 60-dan çox elm, təhsil, mədəniyyət və incəsənət nümayəndəsi imza atıb. Onlar Ermənistanda yaranmış gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Ayrı-ayrı sahələrdə çalışan şəxslər ölkədəki gərgin vəziyyətə görə bütün məsuliyyətin Nikol Paşinyanın başçılıq etdiyi hakimiyyətin üzərinə düşdüyünü bildiriblər. Onlar qeyd ediblər ki, Paşinyan rejimi daha ölkənin və Ermənistan Respublikası Konstitusiyasının zamini olmağa qadir deyil.
Bəyanata imza atanlar arasında elmlər namizədi, elmlər doktoru, professor, dosent, müəllim, musiqiçi, aktyor, yazıçı, rejissor, müğənni, dirijor, jurnalist, əməkdar mədəniyyət xadimi, incəsənət xadimləri də var.
Ermənistan cəmiyyəti baş nazirə qarşı: Paşinyan ölkənin zamini olmağa qadir deyil
11
dekabr
10:08
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı