“Müdafiə sənayesinin inkişafı ilə bağlı gücləndirilmiş iş rejimində çalışacağıq. Bu sahədə sevindirici xəbərlərimiz var”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara-Niğde avtomobil yolunun açılışında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiqindən sonra müdafiə sənayesinə, bu sahədə önəmli xidmətləri olan Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə və onun kollektivinə daha çox çox dəstək verəcəklər.
“Biz Türkiyəyik, böyük düşünməliyik. ASELSAN və “Roketsan” tərəfindən inkişaf etdirilən ilk milli və yerli hava hücumundan müdafiə sistemimiz olan “HİSAR-A” Türkiyə ordusunun silahlanmasına daxil olmaq üçün testdən keçirilib. Amma bu bir az gecikdi. Səbəbi nə idi, bilirsinizmi? Xaricdən aldığımız bir hissəyə embarqo qoyulmuşdu. Amma biz yerli hissəni qısa müddətdə istehsal etməyi bacardıq və nəticəyə nail olduq. Nə qədər maneə olmağa çalışsalar da, “HİSAR-A”-nın mütəmadi istehsalına başlanılıb, xeyirli olsun”, - deyə Ərdoğan vurğulayıb. (APA)
Türkiyə hava hücumundan müdafiə sistemi istehsalına başladı
16
dekabr
21:34
Qarabağ
KOMMENTLƏR
“ABŞ-ın sanksiya qərarı Türkiyənin suverenliyinə hücumdur” - Ərdoğan
Ərdoğan: Türkiyə ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir
Bakıda möhtəşəm Zəfər paradı - CANLI YAYIM (YENİLƏNİR)
Səudiyyəyə hücumun qarşısını heç bir sistem ala bilməzdi - Danford
Türkiyə Çin və Rusiyadan vaksin almağı planlaşdırır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı