Ermənistan Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən iş adamları və məmurlara qarşı repressiya kampaniyası başladıb.
Bu barədə “Hraparak” qəzeti məlumat verib.
Nəşr bu məqsədlə Paşinyanın müvafiq göstərişi ilə Dövlət Gəlir Komitəsi və Dövlət Nəzarət Xidmətinin müəssisə və obyektlərində genişmiqyaslı yoxlamalar başlayıb:
“Yoxalamalar əvvəlcə Arkadi Amburtsumyana məxsus “Derjava” şirkətində, daha sonra Qriqoryanovun “Avşar” zavodunda və digər obyektlərdə aparılıb. Dünən hökumətin gündəmində sahibkarların obyeklərində gözlənilmədən axtarışların aparılmasına, lazımi materialların götürülməsinə və sahibkarlıq subyektlərinin telefonlarının dinlənilməsinə imkan verən yeni “İqtisadi rəqabətin qorunması haqqında” qanun müzakirə edilib.
Paşinyan bu cür repressiyalarla dekabrın 22-də müxalifət tərəfindən elan olunan ümumxalq tətilinə qoşulmağa hazırlaşan iş adamlarını qorxudacağına ümid edir. Paşinyanın ən sevdiyi oliqarxlar, məsələn, Samvel Aleksanyan işçilərinə bugünkü matəm yürüşündə iştirak etmələrini əmr edib”.
Nəşr dekabrın 22-nin müxalifət baxımından Ermənistan və Paşinyan üçün kritik gün olduğunu yazıb. /Teleqraf
22 dekabr Ermənistan üçün kritik gün... - Paşinyan hərəkətə keçdi
19
dekabr
22:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat