Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşır.
Bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan "Təhlükəli virus. Birinci il" verilişinə müsahibəsində deyib.
Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi hesab edir ki, dünya infeksiyadan hələ belə tezliklə qurtulmayacaq. "Pandemiya nədir – bu, Yer kürəsi ətrafında çoxlu sayda insanda eyni zamanda olan xəstəlikdir. Amma virus bizimlə qalacaq. Mən bizim "tac"dan (korona-red) belə tezliklə qurtulmayacağımızdan qorxuram", - o deyib.
Vuynoviçin sözlərinə görə, indi hazırlanan peyvəndlər koronavirusun mutasiyaları vaxtı effektivliklərdən məhrum olmayacaqlar. O, əlavə edib ki, virusun mutasiyası normal təzahürdür.
“Bir virusun genindəki hər dəyişikliyin onun davranışındakı dəyişiklik demək olmadığını başa düşmək çox vacibdir", - o vurğulayıb. Report
Gələn il pandemiyanı dayandırmaq mümkün olacaq - ÜST
20
dekabr
10:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı