“Cənab prezidentimizi, sevimli prezidentimizi doğum günü münasibəti ilə ürəkdən təbrik edirəm. O prezident ki, böyük bir tarix yazdı. Heç bir sərkərdə 44 gün ərzində xalqına bu böyüklüyündə qələbə qazandıra bilməzdi, onu yalnız cənab prezidentimiz İlham Əliyev etdi. İndi artıq quruculuq vaxtıdır, mən inanıram ki, çox keçməyəcək bütün rayonlarımızda, şəhərlərimizdə yenidənqurma işlərinə başlanılacaq. Bunu əlbəttə ki, siz edəcəksiz, cənab prezident”.
Bunu Xalq artisti Fərhad Bədəlbəyli cənab prezidentin doğum günündə Moderator.az-a danışarkən deyib. Xalq artisti daha sonra əlavə edib.
“Hər gün yerli telekanalların Şuşadan hazırladığı reportajlara baxıram, ürəyim dağa dönür. Müəyyən səbəblərə görə hələ ki, gedə bilmirik, amma ürəyimiz ordadır. Prezidentimiz hamıya sübut etdi ki, Azərbaycan böyük bir ölkədir. Bundan sonra dünyanın harasına getsək orada qalib ölkənin vətəndaşı, musiqiçisi kimi çıxış edəcəyik. Bəzən xarici ölkələrdə mənfur düşmənimiz ermənilərlə üz-üzə gələndə başımız aşağı olurdu. İndi isə onların gözlərinə baxa-baxa deyəcəyik ki, “Nə oldu Paşinyan, qalib gəldi Azərbaycan” (gülür). Cənab prezidentin bu sözləri artıq Azərbaycanın brendi olub” - deyə Xalq artisti bildirib.
“Ermənilərin gözünün içinə baxıb “Nə oldu Paşinyan” deyəcəyik”
24
dekabr
09:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı