"Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyirik".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağdamda yerləşəcək Qarabağda atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət edəcək türk hərbçilərə xitabında deyib.
O, Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” yanaşmasını, qəlblərinin bir-birinə bağlı olduğunu bildirib: "Türk hərbçilərin Azərbaycanda varlığı ölkələrimiz arasındakı münasibətlərin gəldiyi nöqtəni göstərən bir şərəf əlamətidir. Azərbaycanla Ermənistan arasında atəşkəsin tətbiq olunmasını izləmək üçün bölgədə xidmət edəcək dəyərli əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə işə düşəcəyini ümid edirəm. Atəşkəsi pozmağa cəhd göstərən erməni qüvvələrinə bir an əvvəl bu səhv yoldan qayıtmağı tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu olan Türkiyə ordusu bu gün üç qitədə xidmətinə davam edəcək. Mən ölsəm, şəhid olsam, türk əsgəri bütün dünyada və Azərbaycanda ona verilən vəzifəni yerinə yetirəcək. Suriyadan Liviyaya, Somalidən Kosovoya, Əfqanıstandan Qətərə qədər bir çox yerdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması üçün mübarizə aparan bütün əsgərlərimizə uğurlar arzulayıram. Rəbbim bizim köməyimiz olsun. Azərbaycandakı dəyərli əsgərlərimizi bir daha ürəkdən təbrik edirəm və sizi Yeni il münasibətilə təbrik edirəm".
“Mən ölsəm də, türk əsgəri Azərbaycanda vəzifəsini yerinə yetirəcək“ - Ərdoğan
31
dekabr
15:41
Qarabağ
KOMMENTLƏR
"Azərbaycan Ordusu 44 gündə dastan sayılacaq qələbə qazandı" - Ərdoğan
Ərdoğan qanunu imzaladı - Türk əsgəri Azərbaycana göndərilir
"Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” - Akar
Rusiya ilə Türkiyə arasında Qarabağda atəşkəsə nəzarətə dair müqavilə imzalandı
Ərdoğan hökumət üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı