Ermənistanın Sünik bölgəsindəki Şurnux kəndinin sakinləri, kəndin Azərbaycana qaytarılan hissəsində yerləşən tərk etdikləri evləri yandırırlar.
“MediaPost” xəbər verir ki, bu barədə Şurnux kənd sakini Ararat Ağabekyan 4 yanvar tarixində video yayımlayaraq məlumat verib.
Kənd sakini səlahiyyətlilərin son hərəkətlərinin buna yol açdığını bildirib. “Nikol, budur şurnuxlulardan sənin üçün yeni il hədiyyəsi. Növbə ilə yandıracağıq və ən böyük odda səni yandıracağıq Nikol. Sən qoşunları məhv etdin, insanları məhv etdin, sənə söyüş söyləməyi öyrətdin, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən”,-deyə kənd sakini qeyd edib.
Qeyd edək ki, Şurnux kəndinin bir hissəsinin Azərbaycana qaytarılması səbəbindən həmin ərazidə yerləşən 12 evin sakinlərinə yanvarın 5-nə qədər evlərini boşaltmaq üçün vaxt verilib
Xatırladaq ki, analoji hadisələr Kəlbəcər, Ağdam və Laçında da yaşanıb.
"Nikol, budur şurnuxlulardan sənin üçün yeni il hədiyyəsi" - Şurnuxu yandıran ermənilər
05
yanvar
11:55
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı