Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi mütəmadi şəkildə erməni dili kurslarının təşkilini davam etdirir.
Mərkəzdən verilən məlumata görə, kurs siyasi elmlər doktoru Hatəm Cabbarlı tərəfindən tədris olunur. BMTM həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Erməni dilini sərbəst öyrənmək istəyənlər vəsaitdən yararlana bilərlər. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib.
Vəsaitin elektron versiyası BMTM-in saytında nəşrlər bölməsinə yerləşdirilib. Yükləmək üçün aşağıdakı linkdən keçid etmək mümkündür:
https://aircenter.az/uploads/files/ERM%20DILI%20%2B%20cild.pdf
Kitab həmçinin məhdud sayda dərc olunub. Müxtəlif təhsil ocaqlarında erməni dilini öyrənən və bu kitabı əldə etmək istəyənlər Mərkəzin Mirzə İbrahimov 8 ünvanında yerləşən binasına müraciət edə bilərlər.
Erməni dilini öyrənmək istəyənlər üçün kurslar təşkil olunur
06
yanvar
14:30
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı