ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən türk icmasının aktivləri “The Wall Street Journal” nəşrinin bir neçə gün əvvəl FETÖ terror təşkilatının axtarışda olan üzvü, basketbolçu Enes Kanterin Türkiyə əleyhinə böhtanlarının dərc edilməsinə etiraz olaraq qəzetin mərkəzi binasının qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçılarına Nyu-Yorkdakı Azərbaycan icmasının üzvləri də dəstək verib. Azərbaycan və Türkiyə bayraqları ilə əraziyə gələn nümayişçilər əllərində 15 iyul 2016-cı ildə Tükiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatı haqqında məlumatların əks olunduğu plakatlar nümayiş etdirib, sloqanlar səsləndiriblər.
Aksiyada çıxış edən Türk-Amerika Milli İdarəetmə Komitəsinin (TASC) idarə heyətinin həmsədri Halil Mutlu mütəmadi olaraq Türkiyə ilə bağlı qərəzli xəbərlər işıqlandıran, Türkiyə hakimiyyətini tənqid edən “The Wall Street Journal” qəzetinin bu cür fəaliyyətinin qəbuledilməz olduğunu deyib. Halil Mutlu nəşrin rəhbərliyini qəzetdə və ona aid saytda aparılan bu çirkin təbliğatı dayandırmağa və qərəzli mövqeyə son qoymağa çağırıb.
Aksiya zamanı əraziyə cəlb edilmiş Nyu-York polisi etirazçıların təhlükəsizliyini təmin edib. Sonda TASC adından qəbul edilmiş etiraz bəyanatı “The Wall Street Journal” qəzetinin redaktorlarına göndərilib. /Report
Azərbaycan və Türkiyə icmaları ABŞ-da birgə etiraz aksiyası keçirdi
15
yanvar
10:32
Qarabağ
KOMMENTLƏR
Daşnaklar Azərbaycan, Türkiyə və İsrail bayraqlarını yandırdı
Türkiyə güc strukturlarından 323 min FETÖ-çu qovuldu
Hyustonda erməni təcavüzünə qarşı etiraz aksiyası - Foto
ABŞ-da Bərdə terroruna etiraz olaraq yürüş keçirilib
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı