Müxalifətdə olan İşıqlı Ermənistan Partiyası 44 günlük döyüşü və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib.
Bu barədə “Qraparak” qəzeti bildirib.
Deputat Edmo Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Sarukyanın Çiçəklənn Ermənistan Partiyası, “Daşnaksütyun” və Aram Sarkisyanın Respublika Partiyası dəstəkləyib.
Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublikaçılar Partiyası bu təklifdən imtina edib.
Təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdən kənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülməsi təklif olunur. Təklifdə komissiyaya İnsan hüquqlarını müdafiə ofisinin Ermənistandakı nümayəndəsinin də daxil olması qeyd olunub.
Mütəxəssislər Paşinyan və Sarqsyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymır. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərinin araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi də bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın aprel döyüşlərini araşdırmağı dayandırması qarşılığında Sarqsyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini boyun olub. (Report)
Paşinyan və Sarqsyan müxalifətin təklifini dəstəkləmədi
20
yanvar
11:51
Qarabağ
KOMMENTLƏR
Serj Sarkisyanın partiyası hakimiyyətə iddia etmir - Rəsmi imtina
Ermənistanda 10 müxalifət lideri saxlanılıb - SİYAHI
SERJ SARQSYANIN QARDAŞI XÜSUSİ MƏSƏLƏLƏR ÜZRƏ SƏFİR VƏZİFƏSİNDƏN AZAD EDİLİB
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Serj Sarqsyanın arvadı ağır vəziyyətdə reanimasiyada...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı