Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki,Akar telefon danışığından sonra jurnalistlərə açıqlamasında bunları deyib:
"Zakir Həsənovla müdafiə və təhlükəsizlik sahəsində gördüyümüz və görə biləcəyimiz işlər barədə fikir mübadiləsi apardıq. Qarabağda atəşkəsin qorunması və ona riayət olunması üçün nəzarət məqsədilə yaradılacaq Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması istiqamətində işlər tamamlanıb. Birgə Mərkəz sabah fəaliyyətinə başlayacaq. Zakir Həsənovla son vəziyyəti dəyərləndirdik və "xeyirli olsun” diləklərimizi çatdırdıq. Bir general və 38 personalımızın təmsil olunacağı Birgə Mərkəzin bölgədə atəşkəsin davamlılığı ilə sülh və barışığın təmin olunması üçün böyük töhfələr verəcəyinə inanırıq.
Türk və rus əsgərlərinin yerləşəcəyi bu Birgə Mərkəzin işləri ilə fəaliyyətlərimiz daha da güclənəcək və azərbaycanlı qardaşlarımızın hüquqlarını və haqlarını sonadək qorumaq vəzifəmizi tam yerinə yetirəcəyik.
Bir millət və iki dövlət anlayışı ilə bu günə qədər azərbaycanlı qardaşlarımızın yanında olmuşuq və bundan sonra da olmağa davam edəcəyik”.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi sabahdan fəaliyyətə başlayır
29
yanvar
23:25
Qarabağ
KOMMENTLƏR
"Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” - Akar
“Qarabağda bir türk və bir rus general olacaq” - Hulusi Akar
Türkiyə ilə Rusiya arasında Qarabağa dair razılaşma imzalandı
Türkiyə və Rusiya Qarabağda birgə patrul xidməti həyata keçirəcək - Hulusi Akar
“Qarabağda atəşkəsə böyük ölçüdə riayət edilir, prosesləri nəzarətdə saxlayırıq” - Akar
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı