Rusiyanın Murmansk şəhərində fəaliyyət göstərən “Azərbaycan” Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İctimai xadimlərin, milli-mədəni təşkilatların və muxtariyyət rəhbərlərinin iştirak etdikləri tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbir iştirakçıları qarşısında çıxış edən “Azərbaycan” Mədəniyyət Mərkəzinin sədri Afil Hüseynov xalqımızın tarixində baş vermiş dəhşətli faciə barədə ətraflı məlumat verib. “Dinc əhali xüsusi qəddarlıqla məhv edildi. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı idi”, – deyə mərkəz rəhbəri nəzərə çatdırıb. Qeyd edib ki, Xocalı faciəsi qurbanları unudulmayıb, hər il Azərbaycanda keçirilən izdihamlı mitinq və nümayişlərdə yad edilir.
“Özbəkistan” Mədəniyyət Mərkəzinin rəhbəri Paridoxan Uktamjanova, “Flueraş” Moldova Mədəniyyət Mərkəzinin rəhbəri Oksana Mogilina çıxış edərək mülki insanların qətlə yetirilməsini pisləyiblər. Azərbaycanın öz torpaqlarını geri qaytarmasına sevindiklərini bildirən çıxışçılar heç bir xalqa Xocalı soyqırımı kimi dəhşətlə üzləşməməyi, bütün xalqlara sülh və barış içində yaşamağı arzulayıblar.
Tədbirdə məktəbli uşaqlar Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirib, Xocalı soyqırımına, erməni terrorizminə həsr olunmuş kitablar, şəkillər və plakatlar nümayiş olunub.
Rusiyada Xocalı soyqırımı qurbanları yad edilib
02
mart
20:59
Qarabağ
KOMMENTLƏR
Mehriban Əliyevadan Xocalı paylaşımı - FOTO
Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirildi
“Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq” - İlham Əliyev
Xocalı soyqırımından 29 il ötür
Ukrayna səfirliyimizdən BİABIRÇI TƏNBƏLLİK... - Özlərinə əziyyət vermək istəməyiblər...
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı