Ermənistanın “Qurtuluş” hərəkatının aktivistləri paytaxtda küçələri bağlayıb.
 “RİA Novosti” xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.
Etirazçılar Proşyan küçəsi boyunca avtomobillərin hərəkətini əngəlləyib, nəticədə böyük tıxac yaranıb.
Qeyd edək ki, bu küçədə hökumət iqamətgahları kompleksi yerləşir.
Dünən də sözügedən hərəkatın nümayəndələri İrəvanda mərkəzi küçə və prospektləri bağlamışdılar. Polis aksiyanın yeddi iştirakçısını saxlayıb.скачать dle 12.1