Rusiyanın səhiyyə naziri Mixail Muraşko öz qurumunda yaranan problemə görə qudasını itirib.
Bu barədə “112” “Telegram” kanalı xəbər yayıb. Bildirilir ki, ürək ağrılarından şikayət edən 49 yaşlı Natalya Şakirova üçün martın 26-da təcili yardıma çağırış edilib. Tibb işçiləri evə gəldikdən sonra kardioqrafın xarab olduğunu görüblər. Briqada işlək cihaz üçün digər feldşerlərə çağırış etdiyi müddətdə isə qadının halı pisləşib.
Gələn digər qrup Natalyada kəskin miokard infarktı müəyyən edib. Qadın kliniki ölüm şəraitində xəstəxanaya yerləşdirilib, ancaq onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, feldşerlər hadisə yerinə tam təchizatlı gəlsəydilər, qadının həyatını xilas etmək mümkün olardı.
Qeyd edək ki, işlək olmayan kardioqrafa görə həyatını itirən Natalya Şakirova Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun oğlu Markın qaynanası olub. O, nəvələrini görmək üçün qızıgilə qonaq gedib, orada halı pisləşib. Qızı təcili yardıma zəng edib, tibbi heyət isə xarab cihazla çağırışa yollanıb.
Baş verənlər böyük qalmaqala səbəb olub. Artıq bu gün təcili yardım stansiyasının rəisi İqor Moskalenko vəzifəsini itirib, kardioqrafı xarab briqadanın tibb işçiləri də işdən uzaqlaşdırılıb. /Oxu.az
Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü
30
mart
11:02
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı