Xəbər verdiyimiz kimi, sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa yardımların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.
Bununla bağlı Milli Məclisin deputatı Azər Badamov Sfera.az-a açıqlamasında deyib ki, Rusiyanın məqsədi sülhməramlı missiyasını həyata keçirməkdən ibarətdirsə, bu vəzifəyə daxil olan funksiyalarının icrasından kənara çıxmamalıdır:
"Laçın dəhlizindən Qarabağa daxil olan yüklər və şəxslərin keçidi Azərbaycanın razılığı ilə həyata keçirilməlidir. Humanitar yardımların göndərilməsi beynəlxalq praktikada mövcuddur. Amma göndərilən humanitar yardımları göndəriləcək ölkə ilə razılaşdırılmalıdır.
Odur ki, Laçın dəhlizindən üçüncü ölkəyə aid maşınlar və şəxslərin daxil olması ancaq ölkəmizin razılığı ilə baş verməlidir. Çox təəssüf ki, sosial şəbəkələrdə İrana aid nömrə nişanlı avtomobillərdə yüklərin daşındığı haqqında video görüntülər yayılıb. Əgər bu yüklər humanitar məqsədlidirsə, təbii ki, ölkəmiz məlumatlandırılmalıdır. Yəni, Laçın dəhlizində özbaşınalığın baş verməməsi üçün oarda Dövlət Sərhəd Xidməti əməkdaşlarının nəzarət postunun yaradılmasını vacib hesab edirəm”.
Millət vəkilinin sözlərinə görə, əgər biz Laçın dəhlizindən keçirilən yüklərə nəzarət edə bilmiriksə və kənar nömrə nişanlı avtomobillərlə yüklər daşınırsa, bu o deməkdir ki, orada nəzarət edən sülhməramlılar xidmətlərini lazımi qaydada aparmır.
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında qeyd edib ki, məsələni tam şəkildə aydınlaşdırmaq lazımdır ki, bir daha bu hal təkrarlanmasın:
"Əlbəttə, Azərbaycanın xəbəri olmadan hər hansı yüklərin ərazimizə daşınması mümkün deyil. Bu qeyri-qanunidir. Bütün hallarda məsələyə dərhal aydınlıq gətirilməlidir. Yaxşı ki, sosial şəbəkələr var, orada bu informasiya daxil olur və dərhal reaksiya verilməlidir. Həmin ölkələrə bunun yolverilməz olduğunu bildirməliyik.
Biz eyni zamanda qarşı tərəflərdən izahat istəməliyik və bu bizi qane etməlidir. Əks təqdirdə isə müəyyən addımlar atmalıyıq. O cümlədən İran şirkətlərinin Qarabağın yenidənqurma işlərində iştirakı ilə əlaqəli müəyyən qərarlar verilməlidir. Yenə deyirəm ki, öncə təmkinlilik nümayiş olunmalıdır. Həm də qısa zamanda problem həll edilərək qanunsuz yükdaşımaların qarşısı alınmalıdır”.
İranın yük maşınları Laçın dəhlizinə necə gəlib? - “Yaxşı ki, sosial şəbəkələr var...”
03
may
17:01
Qarabağ
KOMMENTLƏR
İran Qarabağ ermənilərinə yardım edir - Qalmaqallı görüntülər
Ordumuz Laçın dəhlizinə nəzarəti artırır…
“Qarabağ Azərbaycanın tərkibindədir, Ermənistan yalnız Laçın dəhlizindən istifadə edəcək” – Hərbi ekspert
“Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır” - Korotçenko
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı