Ermənistanda keçirilən parlament seçkilərindən sonra müxalifət “taym-out” götürərək Nikol Paşinyanın addımlarını diqqətlə izləyir.
Bu barədə erməni politoloq Armen Baqdasaryan bildirib.
Onun sözlərinə görə, əsas diqqət isə yeni hökumətin Qarabağ və sərhəd məsələsində Azərbaycanla hansı şəkildə danışıq aparacağıdır: “Əgər Paşinyan hökuməti Azərbaycana ciddi güzəştə gedəcəksə, müxalifət etiraz aksiyalarına start verəcək”.
Baqdasaryan qeyd edib ki, hər şey xarici siyasətdə gedişatın inkişaf səviyyəsindən asılı olacaq: “Qarabağ məsələsi ətrafında Azərbaycanla imzalanacaq sazişlə bağlı çox şey danışırlar. Nəzərimcə, radikal müxalifət məhz bu səbəbdən pauza götürüb. Gözləntiləri budur ki, Paşinyanın bu istiqamətdə atacağı addımlar erməni tərəfi üçün çox ağır nəticələr verəcək”.
Politoloqun fikrincə, proseslər iki istiqamətdə inkişaf edə bilər: “Birincisi, Qarabağın gələcəyidir. Bu məsələ ilə bağlı danışıqlar mütləq aparılmalıdır. Bunu ATƏT-in Minsk Qrupu da təkidlə tələb edir. Lakin erməni tərəfi, təəssüf ki, burada subyektivliyini itirib. İkinci məsələ isə, Azərbaycanla sülh razılaşmasıdır. Buraya sərhədlərin demarkasiya və delmitasiyası, habelə dəhliz məsələsi daxildir. “Ermənistan” bloku, xüsusən də Robert Köçəryan bu proseslərdən özü üçün uyğun vaxtı gözləyir. Əlverişli şərait yaranan kimi küçə döyüşlərinə başlayacaq. Hazırkı durum fırtınadan öncəki sükuta bənzəyir”.
Xalq Paşinyana qəzəblidir - Taleyi Azərbaycanla imzalanacaq sazişdən asılıdır
30
iyun
13:13
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı