Ermənistan Qarabağda terrorçu və muzdlu dəstələr hazırlamaq prosesini dayandırmayıb.
Bu, Teleqramdakı erməni kanallarının yaydığı məlumatlar sayəsində ortaya çıxıb.
Belə ki, Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində "Böyük Tiqran” (Metsn Tiqran) hərbi birliyinin nümayəndələri peyda olub. Birliyin bu ərazidə həm Ermənistan, həm də Qarabağdan olan erməni gənclər üçün hərbi hazırlıq kursları keçdiyi (daha dəqiq desək, terrorçu hazırladıqları – red.) müəyyən edilib.
Muzdlu hazırlığı ilə məşğul olan kurslara mayın 31-dən start verilib. Sosial şəbəkələrdəki paylaşımlar hazırlığın Ağdam rayonunun yaxınlığında yerləşən digər Azərbaycan rayonlarında aparıldığı ehtimalı yaradıb.
Qeyd edək ki, "Böyük Tiqran” birliyi 1989-cu ildə I Qarabağ savaşında iştirak üçün yaradılıb. Onun yaradılmasında Ermənistanın keçmiş baş naziri Vazgen Sərkisyan iştirak edib. Müharibə dövründə batalyonun komandiri sonradan Ermənistan parlamentində təşkil edilən teraktda öldürülün Armenak Armenakyan olub. Batalyon Ermənistan-Azərbaycan sərhədi ilə bərabər Tərtər, Ağdam, Laçın istiqamətlərdə aktiv döyüşlərdə iştirak edib.
Batalyon müharibədən sonrakı dövrdə "Böyük Tiqran” beynəlxalq alayı və "Böyük Tiqran” hərbi təlim mərkəzi olaraq fəaliyyət göstərib. Proses Ermənistan Müdafiə Nazirliyinin (nazir Seyran Ohanyan) nəzarəti altında aparılıb. Ayvazyanın o dönəmdəki açıqlamalarından bəlli olur ki, birlik üzv olmaq istəyənlərə 3 aylıq hazırlıq keçib, sonra sıralarına qəbul edib.
Birlik təkcə Qarabağda deyil, Suriyadakı döyüşçülər üçün də muzdlular yetişdirib.
Ermənistan Qarabağda terrorçular hazırlayır (VİDEO)
08
iyul
16:54
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı