Kaliforniyadan olan 34 yaşlı Qarmon koronavirusdan dünyasını dəyişib.
O, peyvəndləmənin qatı əleyhdarlarından hesab edilirdi. Qarmon hətta koronya yoluxduqdan sonra da pandemiyaya lağlağı edirdi. İstehza ilə yazırdı ki, ABŞ-ın baş infeksionisti Əntoni Fauçiyə yox, Bibliyaya inanır.
Qarmon Los-Ancelesdəki klinikada müalicə alırdı. Müalicə zamanı onda pnevmoniya kəskin şəkildə artıb. Bundan sonra həkimlər Qarmonu süni tənəffüs aparatına qoşublar. Amma bloqerin həyatını xilas etmək mümkün olmayıb.
