Avqustun 15 və 16-sı Ermənistanın şimalında müvafiq olaraq 3,3 və 4,5 bal gücündə iki zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələ Şirak və Lori bölgələrində 4-5, Tavuşda 3-4 bal gücündə hiss edilib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Bundan əvvəl Gürcüstanın cənubunda altı saat ərzində üç zəlzələnin baş verdiyi bildirilmişdi.
Onlardan ən güclüsünün böyüklüyü 5.1 bal idi.