Bu gün Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Koreya nümayəndə heyətini Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, ölkəmizin Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov, Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Koreya nümayəndə heyətinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Qonaqlar Milli Məclisdə olacaq, parlamentin sədri Sahibə Qafarova, Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, ölkəmizdəki koreyalı iş adamları ilə də görüşəcəklər. Görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılacaq, parlamentlərarası əlaqələrin perspektivləri müzakirə olunacaq.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət edəcək, Qobustan Milli Tarix-Bədii Qoruğu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi və İçərişəhərlə tanış olacaqlar.
Koreya Milli Assambleyası nümayəndə heyətinin rəsmi səfəri avqustun 20-də başa çatacaq.
Koreya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
18
avqust
18:30
Qarabağ
KOMMENTLƏR
Sahibə Qafarova Pakistana gedəcək
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdə olacaq
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Sahibə Qafarovanın İtaliyaya rəsmi səfəri başladı
Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı