"Sərhədin delimitasiyası və demarkasiyasının başlanması bir çox problemləri həll edəcək, Ermənistanla Azərbaycan arasındakı sərhədlərə aydınlıq gətirəcək".
"Armenian News" xəbər verir ki, bunu Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" partiyasından olan deputat Narek Kaqramanyan avqustun 26-da jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, əgər bu sərhədlər sovet xəritələrinə əsasən keçərsə, onda Gorus-Qafan yolunun bəzi hissələri Azərbaycana keçəcək.
O qeyd edib ki, Ermənistan üçün problemin son həlli alternativ yolun çəkilməsidir. "Mübahisəli olan yerlərdə dolama yollar çəkmək lazımdır. Bu istiqamətdə işlər artıq başlayıb, tikinti gedir. Eyni zamanda, heç bir halda bu yoldan əl çəkmək olmaz. Sovet xəritələrinə görə, Gorus-Qafan yol hissəsindəki üç nöqtənin mübahisəli olduğu anlaşılır. Hələ də bəzi mübahisəli ərazilər olması mümkün deyil", - deyə millət vəkili əlavə edib.
Kaqramanyanın izahına görə, danışıqlar Qara göl yaxınlığında və digər yerlərdə vəziyyətlə əlaqədar aparılır, lakin problem danışıqların hansı istiqamətə gedəcəyində deyil, alternativ yolun tikintisində və Azərbaycana onu bağlamaq imkanı verməməkdədir.
Ermənilər sərhəddə alternativ yol çəkməyə başladı
26
avqust
15:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı