"Taliban” silahlıları Kabil yaxınlığında ABŞ-ın gizli bazasından görüntülər yayıb.
"Duz çuxuru” kod adı verilən müəssisədə əsgərlərə təlim keçilib, həmçinin həbsxana olaraq da istifadə edilib.
Videodan belə çıxır ki, ayrılmazdan əvvəl amerikalılar onları nüfuzdan sala biləcək hər şeyi məhv etməyə çalışıblar – bina bütünlüklə yandırılıb.
Bazanın miqyasını göstərən peyk görüntüləri "The New York Times” nəşri tərəfindən dərc edilib.
Jurnalistlərin dediyinə görə, "Duz çuxuru”nda məhbuslarla pis rəftar edilib: onlar təcavüzə məruz qalıb, dar yerlərdə qapadılıb, yuxudan məhrum edilib və müxtəlif işgəncələr görüblər.
Nəşr əmindir ki, ABŞ ordusu ayrılmazdan əvvəl izləri xüsusi olaraq məhv edib ki, heç kim Əfqanıstanda insan hüquqlarının pozulduğunu bilməsin və məhbusların hansı şəraitdə saxlanıldığını görməsin.
Heç bir rəsmi sənəddə "Duz çuxuru”nun varlığı haqqında məlumat yoxdur. Mətbuatın yazdığına görə, onun inşasına 2002-2004-cü illərdə başlanılıb.
Əfqanıstanda ABŞ-ın məhbuslara işgəncə edilən gizli bazası aşkarlanıb - FOTO/VİDEO
08
sentyabr
12:23
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı