Fransada təxminən 25 min insan prezident Emmanuel Makronun siyasətinə etirazını bildirmək üçün küçələrə axışıb.
Xarici KİV xəbər verir ki, bu barədə Fransanın Ümumi Əmək Konfederasiyası məlumat verib. Fransa Həmkarlar İttifaqları ölkədə Makronun siyasətinə qarşı 1 günlük tətil elan edib. Aksiya iştirakçıları etirazı Respublika Meydanından Parisdəki Opera Meydanına kimi davam etdiriblər. Etiraz aksiyası Fransanın Rennes, Nantes, Kaen və Marsel kimi şəhərləri də daxil olmaqla təxminən 200 şəhərində həyata keçirilib. Etirazçılar tez-tez Makronun hakimiyyətdən getməsini tələb ediblər.
Nümayişçilər "Gənc işçilər, işsizlər və təqaüdçülər, birlikdə mübarizə aparmalıyıq" şüarını səsləndiriblər.
Bundan əlavə onlar qiymət artımına, əmək haqqı və təqaüdlərin aşağı olmasına etiraz ediblər.
Xəbərdə deyilir ki, etiraz aksiyalarında müəllimlər üstünlük təşkil edib. Aksiya vaxtı ciddi təhlükəsizlik tədbirləri görülüb. Aksiyanın keçirildiyi ərazilərdə metro stansiyalar, küçələrdə gediş-gəliş dayandırılıb. Nümayişlər zamanı heç bir zorakılıq faktı qeydə alınmayıb.
Fransada minlərlə insan küçələrə axışdı - VİDEO
07
oktyabr
16:36
Qarabağ
KOMMENTLƏR
Parisdə məcburi vaksinasiya əleyhinə aksiya keçirilib - VİDEO
Fransada etiraz aksiyası, 12 polis yaralandı
Səfirlik qarşısında etiraz aksiyası keçirilib: “Fransa, ATƏT-dən rədd ol!” - Video
Fransada polis etiraz edən xalqa zor tətbiq edib - FOTO
Ermənistanda etirazçılar yenidən küçələrə axışdı - AKSİYA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı