Beni Qantsdan İrana xəbərdarlıq: “Regionda müharibə baş versə İsrail misli görünməmiş əməliyyatlar həyata keçirəcək”
İsrailin müdafiə naziri Beni Qants noyabrın 9-da regionda hər hansı bir müharibənin baş verməsi barədə İrana və onun müttəfiqlərinə xəbərdarlıq edib.
İsrailin şimalında yerləşən Rafael hərbi sənayesinə bağlı olan silah-sursat istehsalı ilə bağlı bir zavodun açılış mərasimində çıxış edən Beni Qants deyib ki, İsrail ordusu hər hansı bir təhdidin qarşısını almağa hazırdır.
“15 il əvvəl bu məkan “Hizbullah”ın raketləri və Suriyadakı İran qüvvələrinin təhdidi nəticəsində məhv edildi. Lakin əgər regionda yenidən müharibə baş versə, biz indiyə qədər misli görünməmiş hərbi əməliyyatlar keçirmyə hazırıq”, - deyə İsrailin müdafiə naziri Beni Qants bildirib.
Beni Qantsın bu xəbərdarlığı, İsrail ordusunun yüksək rütbəli hərbi komandirlərinin İrana qarşı bəyanatlarını daha sərtləşdirdiyi bir vaxta təsadüf edib.
Bu arada, İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi mediaya açıqlamasında İsrail ordusunun İranın nüvə proqramından irəli gələn ciddi təhdidinin qarşısını almağa tam hazır olduğunu bəyan edib.
“İsrail ordusunun İranın nüvə proqramını hədəfə almaq üçün planlar haırlaması sürətləndirilib. Biz bütün Orta Şərqdə gizli əməliyyatlar keçirmişik və düşmənlərimizə qarşı tədbirlər görməyə davam edirik ”, -deyə İsrail ordusunun baş qərargah rəisi Aviv Koxavi bildirib. //gunaz.tv
"İrana qarşı misli görünməmiş hərbi əməliyyatlar keçirmyə hazırıq" - Rəsmi İsrail
10
noyabr
12:31
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı