"Gorus-Qafan yolunda qurulan Qubadlı gömrük postu vasitəsilə milyonlarla vəsait toplanılaraq büdcəyə köçürülüb”.
Bunu Baku TV-yə müsahibəsində Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov deyib.
"Gorus-Qafan yolunda, Azərbaycan Respublikasının işğaldan azad edilmiş Qubadlı rayonunun Eyvazlı kəndinin magistral yola yaxın hissəsində gömrük postunun yaradılması haqqında Dövlət Gömrük Komitəsi sədrinin 10 sentyabr tarixli müvafiq sərəncamı oldu. Sərəncamın icrasından irəli gələrək sərhəd keçid məntəqəsinin fəaliyyətə başlanması üçün bütün lazımı maddi-texniki ehtiyatların qarşılanması üçün addımlar atıldı.
Post 12 sentyabr 2021-ci il tarixindən ölkə ərazisində gömrük xidmətinin digər postlarından heç bir fərqi olmadan, hər bir gömrük keçid məntəqəsi kimi fəaliyyətini davam etdirir. Burada növbəli iş rejimi qurulub. "Dövlət rüsumu haqqında” qanuna müvafiq olaraq gömrük postundan keçən nəqliyyat vasitələri gömrük rüsumu və yol vergilərinə cəlb olunur”.
Onun sözlərinə görə, buradan toplanılan vəsaitin dövlət büdcəsinə ötürülməsi DGK tərəfindən həyata keçirilir:
"Burada POS-terminallar, bank terminalları quraşdırılıb. Postun tam fəaliyyəti təmin olunub. Artıq milyonlarla vəsait tərəfimizdən toplanılaraq dövlət büdcəsinə köçürülüb”.
Gorus-Qafan yolundakı gömrük postunda milyonlarla vəsait toplanıb - AÇIQLAMA
07
dekabr
19:44
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı