Qazaxıstanın Almatı vilayətinin Taldı-Kurqan şəhərində üç nəfərdən ibarət ailə komendant saatına görə güllələnib.
Ölkənin “Ekspress K” nəşri xəbər verir ki, insident yanvarın 8-i baş verib.
Belə ki, ailə ölkə vaxtı ilə 20:30-da öz avtomobilləri ilə evə qayıdırmış. Bu zaman maşın atəşə tutulub, nəticədə ailə başçısı Nurbolat Seytkulov, həyat yoldaşı Altınay Etaeva və 15 yaşlı qızları Nuray həlak olub.
Ailənin qohumlarının verdiyi məlumata görə, onlar komendant saatının 20:00-dan başladığını bilməyə bilərdilər. Maşının şüşələri salonu aydın şəkildə görməyə imkan verib və hərbçilər avtomobildə uşağın olduğunu görməli idilər. Bununla belə, heç kəs insidentin məhz necə baş verdiyini bilmir.
“Deyirlər ki, onlara hərbçilər atəş açıb. Çünki onlar patrul xidməti həyata keçirirlər. Lakin dəqiq bilmirik. Maşın hərbi hissəyə aparılıb”, - deyə qohumlardan biri qeyd edib.
Nurbolat Seytkulov və həyat yoldaşının 51 yaşı olub. Ailə başçısı zavodda işləyirmiş, həyat yoldaşı evdar qadın olub. Nuray isə məktəbli olub.
Hazırda hadisə ilə bağlı istintaq davam edir.
Xatırladaq ki, Qazaxıstanda kütləvi iğtişaşlar fonunda yanvarın 5-dən 19-na qədər fövqəladə vəziyyət rejimi tətbiq olunur.
Fövqəladə vəziyyət rejimi çərçivəsində 20:00-dan 07:00-a qədər komendant saatının da tətbiq olunacağı bildirilmişdi. Daha sonradan Almatı şəhərində komendant saatının vaxtı dəyişdirilərək 23:00-dan 07:00-a qədər edilib.
Qazaxıstanda bir ailə komendant saatına görə güllələnib
14
yanvar
03:28
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı