Qazaxıstanda etiraz aksiyaları və zorakılıqlar səbəbindən yanvarın 5-də ölkə boyu elan edilmiş fövqəladə vəziyyət daha 4 rayonda ləğv edilib.
Qazaxıstan Rəyasət Heyətinin verdiyi fərmana əsasən, yanvarın 14-dən Çimkent,Türküstan, Qaraqandı və Şərqi Qazaxıstan əyalətlərində fövqəladə vəziyyət rejimi dayandırılıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KGAC) Sülh Korpusunun yanvarın 6-da ölkəyə ezam olunmuş əsgərlərinin çıxarılması prosesi başa çatıb.
Dünən Rusiya əsgərlərini, bu gün isə Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan əsgərlərini daşıyan 10-dan çox təyyarənin Almatı Hava Limanından ölkələrinə doğru qalxdığı açıqlanıb.
Ölkədə həyat normallaşdığı üçün əvvəllər fəaliyyəti dayandırılmış ikinci dərəcəli banklar və valyutadəyişmə məntəqələri açılıb. İnternetə giriş məhdudiyyətləri tamamilə aradan qaldırılıb. Ticarət və əyləncə mərkəzləri, restoran və yeməkxanalar müştərilərinə xidmət göstərməyə başlayıb.
Xatırladaq ki, yanvarın 5-də maye qazın bahalaşması ilə başlayan və sonra bütün ölkəyə yayılan və zorakılığa çevrilən etirazlar səbəbindən ölkənin 3 böyük şəhəri və 14 əyalətində fövqəladə vəziyyət elan edilmişdi.
Qazaxıstanda həyat normala qayıdır
14
yanvar
23:39
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı