Güclü külək nəticəsində Livan sahillərində 42 min ton mazut daşıyan tanker zədələnib, ətraf mühitə heç bir ziyan dəyməyib.

Bunu Livanın nəqliyyat naziri Əli Həmiyə deyib.

"Türkiyənin Əliağa limanından Livanın Amşit limanına 42 min ton mazutla gələn "Pyxis Epsilon" tankeri Amşit sahillərində güclü külək nəticəsində qəzaya uğrayıb, nəticədə gəminin sükanı zədələnib və boşaltmaq işləri dayandırılıb”, - Həmiyə bildirib.
скачать dle 12.1