İngiltərənin şərqində Lassa qızdırmasından ilk ölüm hadisəsi qeydə alınıb.
Bu barədə Britaniya İctimai Səhiyyə Agentliyi məlumat yayıb.
"Ehtimal olunan Lassa qızdırması halı təsdiqlənib və bununla da ümumi halların sayı üçə çatıb. Təəssüf ki, bir nəfər vəfat edib”, - məlumatda deyilir.
Bildirilib ki, geniş ictimaiyyət üçün risk çox aşağı olaraq qalır və həkimlər indi xəstələrlə yaxın təmasda olan şəxslərlə əlaqə saxlayırlar.
Lassa qızdırması ağır gedişat, yüksək ölüm göstəricisi, tənəffüs orqanlarının, böyrəklərin, mərkəzi sinir sisteminin zədələnməsi, hemorragik sindromla xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. İnfeksiyanın əsas daşıyıcıları Afrika siçovullarıdır və Lassa qızdırması olan bir insan da infeksiya mənbəyi ola bilər.
İnfeksiyanın yayılması qida, su, hava-damcı, təmas, cinsi və şaquli (hamilə qadından uşağa) yollarla baş verə bilər. Britaniyada Lassa qızdırmasına ilk dəfə 1980-ci ildə, bundan əvvəl sonuncu dəfə isə 2009-cu ildə rast gəlinib./qafqazinfo
İngiltərədə Lassa qızdırmasından ilk ölüm qeydə alındı
12
fevral
10:43
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı