Çin Rusiya Federasiyasına qarşı birtərəfli sanksiyalara qoşulmaq niyyətində deyil və bütün tərəflərlə normal maliyyə əməkdaşlığını davam etdirəcək.
"RİA Novosti" məlumat verir ki, bunu Çinin Bank və Sığorta Tənzimləmə Komitəsinin (CBIRC) rəhbəri Quo Şuçin çərşənbə günü mətbuat konfransında deyib.
“Biz bu cür (birtərəfli - red.) sanksiyalara qoşulmayacağıq və müvafiq tərəflərlə normal ticarət, iqtisadi və maliyyə əlaqələrimizi dəstəkləməyə davam edirik”, - deyə Quo Şuçin Çinin Ukraynadakı vəziyyətə görə Rusiyaya maliyyə sanksiyaları tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.
O, həmçinin bildirib ki, anti-Rusiya sanksiyalarının Çin iqtisadiyyatına təsiri hazırda o qədər də aydın deyil və gələcəkdə də əhəmiyyətli olmayacaq.
“Sanksiyaların Çinin iqtisadiyyatına və maliyyəsinə təsirinə gəlincə, bu, indi o qədər də açıq görünmür, bunu müşahidə etmək lazımdır, lakin ümumilikdə, gələcəkdə də bunun əhəmiyyət kəsb edəcəyini düşünmürük, çünki bizim iqtisadiyyatımız və maliyyəmiz son dərəcə sabit və güclüdür”, - deyə Quo Şuçinq Rusiya Federasiyasına qarşı sanksiyaların Çin iqtisadiyyatına təsir edib-etməyəcəyi sualına cavab verib.
Çin Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq
02
mart
23:29
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı