Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibədən 14 gün keçir. Bu prosesdə yüzlərlə insan həyatını itirib, minlərlə insan yaralanıb.
İki ölkə arasında aparılan danışıqlar hələlik heç bir nəticə verməyib. Yalnız müvəqqəti atəşkəs haqqında razılığa gələn dövlətlər müəyyən saatlarda susqunluq razılaşmasını həyata keçirib. Bu müddət ərzində ölümlə üz-üzə qalan Ukrayna vətəndaşları ölkədən qaçmaq üçün yollara çıxıblar. 
Bütün bunlarla yanaşı Rusiya Müdafiə Nazirliyi bu gün Ukraynanın 2022-ci ilin martında Donbasa hücum etməyə hazırlaşdığını iddia edən məxfi sənədləri açıqlayıb.
"Ukraynanın 2022-ci ilin mart ayında Donbassa hücum etməyə hazırlaşdığını təsdiqləyən gizli sənədlər tapdıq. Nə dərəcədə Donbassa hücum əməliyyatının planlaşdırılması və hazırlanmasında NATO iştirak edir? Hələlik məlum deyil” -  Rusiya MN bəyanatında qeyd edib.
  • Rusiya Ukraynanın Donbassa hücum edəcəyi ilə bağlı məxfi sənədləri paylaşdı (FOTO)
  • Rusiya Ukraynanın Donbassa hücum edəcəyi ilə bağlı məxfi sənədləri paylaşdı (FOTO)
скачать dle 12.1