Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edərək, Hindistan ərazisindən atılan raketin Pakistan ərazisinə düşdüyünü deyib.
TASS xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Hindistanın ölkədəki rəsmi nümayəndəsinin İslamabad Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.
"Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrini nəzərə alması və gələcəkdə bu cür pozuntuların təkrarlanmaması üçün təsirli tədbirlər görməsi barədə xəbərdarlıq edilib", - Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
Qeyd edək ki, Hindistanın səsdən sürətli raketi döyüş başlığı olmadan Pakistan ərazisinə düşüb.
Hindistan Müdafiə Nazirliyi Pakistana qarşı təsadüfən raket buraxılışını təsdiqləyib və hadisəni araşdıracağını bildirib.
"2022-ci il martın 9-da planlaşdırılmış xidmət zamanı texniki nasazlıq raketin təsadüfən buraxılmasına səbəb olub. Hindistan hökuməti yüksək səviyyəli istintaq məhkəməsinin yaradılması barədə göstəriş verib. Məlum olub ki, raket Pakistan ərazisinə düşüb", - Hindistan Müdafiə Nazirliyi vurğulayıb.
Hindistan tərəfi həmçinin Pakistanla yaxşı münasibətlər qurmağa çalışdığını deyib: "Bu hadisə dərin təəssüf hissi doğursa da, qəza nəticəsində heç kimin ölməməsi bizi həm də rahatlaşdırır".
Hindistan Pakistana səsdən sürətli raket atdı
11
mart
17:36
Qarabağ
KOMMENTLƏR
Paksitan hava məkanının pozulmasında Hindistanı ittiham edib
Hindistan və Pakistan sərhədində gərginlik - Ölənlər var
Kəşmirdə nə baş verir? – Hindistan PUA-sı vuruldu
Hindistan və Pakistan nüvə obyektlərinin və məhbusların siyahılarını mübadilə etdi
Hindistan Rusiyadan aldığı "S-400" raketlərini onlara qarşı istifadə edəcək
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı