Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib.
"Anadolu” agentliyi xəbər verir ki, görüşdə liderlər ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini, cari geosiyasi proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və digər məsələləri müzakirə ediblər.
Tərəflər həm Türkiyə, həm də Yunanıstanın Avropanın dəyişən təhlükəsizlik arxitekturasında xüsusi məsuliyyət daşıması barədə razılığa gəliblər. Liderlər iki ölkənin və bütövlükdə regionun maraqlarına cavab verən müsbət gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsini ildə 10 milyard ABŞ dollarına çatdırmaq məqsədinə nail olmaq üçün atılan addımlar da nəzərdən keçirilib.
Prezident Ərdoğan ölkəsinin Ege dənizi ilə bağlı fikir ayrılıqları, milli azlıqların vəziyyəti, terrorla mübarizə və qeyri-qanuni miqrasiya kimi məsələlərdə irəliləməyə hazır olduğunu bildirib.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bütün problemləri səmimi və dürüst dialoqla həll etmək olar.
"Türkiyə və Yunanıstan iki qonşu ölkə kimi təkcə böhranlı dövrlərdə deyil, ümumiyyətlə, aktiv şəkildə əlaqə saxlamalıdırlar”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb
14
mart
11:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı