Mariupolda Ukraynanın Rusiyaya qarşı müqavimətinin simvoluna çevrilən Milli Qvardiyanın həkimi Olena Kuşnir vəfat edib.
Olena Kuşnir müharibə zamanı Mariupolda mülki əhaliyə və əsgərlərə kömək edən 100-ə yaxın qadından biri olub.
Ölümündən bir neçə gün əvvəl Olena Rusiyanın Mariupol bölgəsinə hücumlarının nəticələrini təsvir etdiyi bir video yayımlamışdı. Videoda şəhərdəki kritik vəziyyətə toxunan Olena tibbi ləvazimatların verilməsinə icazəni, yaralıların təxliyə edilməsini və ölənlərin ləyaqətlə dəfn edilməsini tələb edib.
Olena Kuşnir Rusiyanın işğal cəhdinin ilk günlərində şəhərə edilən hücumda ərini itirmişdi. Açılan humanitar dəhlizlə oğlunu təhlükəsiz yerə aparan Olena daha sonra Mariupola qayıdaraq mübarizəni davam etdirib.
Olena Kuşnir hücumun ilk günündən sosial media vasitəsilə Qərb ölkələrini fəlakətlər barədə məlumatlandırmağa çalışırdı.
Kiyevdə yaşayan insan haqları üzrə vəkil Oleksandra Matviiçuk sosial şəbəkədə Olenanın ölüm xəbərini açıqlayıb./qafqainfo
Mariupol müqavimətinin simvolu olan həkim vəfat etdi
23
aprel
11:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı