“Hazırda Rusiya ordusu qoşunların yenidən qruplaşdırılmasını başa çatdırır və Donetsk əməliyyat bölgəsində genişmiqyaslı hücuma keçmək üçün Ukrayna Silahlı Qüvvələrinin ən həssas bölgələrini müəyyən etməyə çalışır”.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski milli telemarafonun efirində bildirib.
“Düşmən qoşunların yenidən qruplaşdırılmasını tamamlayır. İndiyədək Belarusda, bizim şimal sərhədlərimizin yaxınlığında cəmlənmiş bütün tabor taktiki qrupları indi Ukraynanın şərqinə doğru hərəkət edir. Bu birincisidir. İkincisi, düşmən indi genişmiqyaslı hücuma başlamaq və xüsusən də, Donetsk əməliyyat bölgəsində möhkəmlənmək üçün bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinin ən həssas yerlərini müəyyən etməyə çalışır”, - Skibitski deyib.
Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi rusların Mariupolda “Azovstal”a hücumu dayandırması barədə xəbərlərə də münasibət bildirib:
“Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Rusiya rəhbərliyi həmişə olduğu kimi, yalan danışır. Bəli, həqiqətən də, onlar bu obyektə genişmiqyaslı hücumdan imtina edə bilərlər, lakin bizim məlumatlara görə, onlar “Rosqvardiya”nı, müqavimətimizi məhv etmək üçün “Azovstal” zavoduna hücumu davam etdirəcək FTX də daxil olmaqla digər strukturları cəlb etməyi planlaşdırırlar”.
Ukrayna kəşfiyyatı: “Rusiya genişmiqyaslı hücuma hazırlaşır”
23
aprel
12:38
Qarabağ
KOMMENTLƏR
Ukrayna kəşfiyyatı: "Rusiya ordusu qoşunların yenidən qruplaşdırılmasını başa çatdırır”
Rusiya Donetskə doğru irəliləyən 250 ukraynalı əsgəri ÖLDÜRDÜ
"Krım Ukraynanın nəzarətinə qayıtmağa hazırlaşır"
Rusiya ordusu Ukraynanın Artemovskoe yaşayış məntəqəsini ələ keçirib
Ukrayna Soledarda bütün təmas xətti boyunca hücuma keçdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı