Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi məbləği təxminən 40 milyard dollar olan irimiqyaslı yardım paketini təsdiqləyib.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının iclası zamanı məlum olub .
Amerikalı siyasətçi Çak Şumerin sözlərinə görə, Nümayəndələr Palatası Ukraynaya yardım paketini təsdiqləyib, indi Senat onu təsdiqləmək üçün cəld hərəkətə keçəcək və imza üçün ABŞ prezidenti Co Baydenə göndərəcək.
Qeyd olunur ki, sənəddə prezidentin səlahiyyətlərinin maliyyələşdirilməsinin 11 milyard dollara qədər artırılması nəzərdə tutulur. Belə bir qərar Bayden administrasiyasına ABŞ ehtiyatlarından hərbi texnika və silah göndərməyə imkan verəcək ki, bu da Ukraynaya hərbi texnikanın sürətlə tədarükünün əsas yollarından biridir.
Bu məqsədlər üçün Bayden Konqresdən 33 milyard dollar istəyib, lakin qanunvericilər hərbi yardım üçün daha 3,4 milyard dollar, humanitar məsələlər üçün isə eyni məbləği ayırmaq qərarına gəliblər.
Qanun bürokratik maneələri aşaraq hərbi yardımın köçürülməsini sürətləndirməyi nəzərdə tutur. O, silahın de-fakto bağışlanmasına imkan verir, bir şərtlə ki, pulu alan ölkə sonra ödəsin.
Xatırladaq ki, mayın 9-da ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi yardımı nəzərdə tutan “lend-liz” aktını imzalayıb.
ABŞ-dan Ukraynaya rekord məbləğdə yardım
11
may
13:38
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı