Rusiyada "Coca-Cola"nın yerli versiyası yaradılıb.
Qonşu ölkənin bazarlarında artıq satışa çıxarılan məhsul Komi Respublikasında istehsal edildiyindən ona "Komi Kola" adı verilib. Yerli içki “Coca-Cola” şirkətinin Rusiya bazarlarından geri çəkilməsinə cavab olaraq ərsəyə gətirilib.
Bu haqda Komi Republikasının rəsmi Teleqram səhifəsində məlumat verilib.
“Komi Respublikasının öz kolası var. Yerli məhsula tələbat hər gün dayanmadan artır”, – deyə səhifədə qeyd edilib. Bildirilib ki, sakinlər yeni içkini Arxangelsk vilayətindəki mağaza rəflərində də tapa biləcəklər.
Ukraynadakı münaqişə uzanarsa, qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarından sonra “Coca-Cola” şirkəti bu və ya digər məqamda Rusiyadakı biznesini tamamilə ixtisar edəcəyini açıqlamışdı.
Xatırladaq ki, Rusiya xarici brendin yerli versiyasını ilk dəfə yaratmır. Bundan əvvəl mart ayında qonşu ölkədə "Dyadya Vanya" adlı yeni ticarət nişanı qeydiyyata alıb. Yeni ticarət nişanının loqotipi McDonald's restoranlar şəbəkəsinin loqotipinə olduqca oxşardır. "Dyadya Vanya" yeməklərin hazırlanması və evə çatdırılması ilə əlaqəli olan yeni ticarət nişanıdır.
Dünyaca məşhur McDonald's restoranlar şəbəkəsi də Ukraynadakı böhrandan dolayı Rusiyada fəaliyyətini dayandırdığını açıqlamışdı.
Rusiya öz "Coca-Cola"sını yaratdı - "Kоmi Kola" - VİDEO
13
may
17:59
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı