Yaponiyada qəribə hadisə baş verib.
Xarici KİV xəbər verir ki, Toko adlı kişi özünü itə bənzətmək üçün 2 milyon yen (16 min dollar) xərcləyib.
Həmin şəxs bunun üçün ən sevdiyi it cinsi olan "Collie"ni seçib.
Tokonun Yaponiya mediasına verdiyi müsahibəsində "Dördayaqlı heyvanları sevirəm, onların arasında boyuma yaxın olan ən uyğununu seçdim" - deyə, bildirilib.
Kostyumun hazırlanması üçün heykəl və maketlərin istehsalı ilə tanınan "Zeppet" şirkəti ilə danışılıb.

  • QƏRİBƏ HADİSƏ: Özünü itə bənzətmək üçün2 milyon pul XƏRCLƏDİ (FOTO)
скачать dle 12.1